Naxçıvanda Novruz Bаyrаmındа 6 nəfər DÖNƏR YEYİB zəhərləndi
Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Onlardan ikisi azyaşlıdır.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Hilal kafe”də baş verdiyi məlum olub.
Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır.
***
Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən “Report”a bildirilib ki, dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.