Dərc edilib: 22-03-2025

https://www.nuh.az/41044-.html

İran polisi Urmiya əhalisinə qarşı zor tətbiqinə başladı - VİDEO

22.03.2025 18:53:41

LIVE

İran təhlükəsizlik qüvvələri Urmiya əhalisinin anti-terror nümayişlərini yatırmaq və dağıtmaq üçün şəhər küçələrində barrikadalar qurub.

Musavat.com bu barədə Gunaz.TV-yə istinadən xəbər verir.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatı və İran Kəşfiyyat Nazirliyi terror qruplaşmalarının Azərbaycana torpaq iddialarına etiraz edən Urmiya əhalisini sıxışdırmağa başlayıb.

Yüzlərlə xüsusi təyinatlı polis motosikl, dəyənək və su şırnaqlı çevik qüvvələrlə Urmiya əhalisinin dinc nümayişinə hücum edib, insanları döyərək, həbs edərək aksiyanı dağıtmağa çalışıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, polkovnik Kəyumərs Pakdil etirazçılara qarşı xüsusi amansızlıq nümayiş etdirib.

Yayılan videokadrlarda etirazçılara qarşı su şırnaqlarından istifadə olunduğu, polisin dinc insanlara qarşı zorakılıqları müşahidə edilir.

 

00:13
 
00:13
 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib