Dərc edilib: 21-03-2025

https://www.nuh.az/41029-.html

Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb

21.03.2025 21:36:18

Müsahibə

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. "Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - o vurğulayıb.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib