Dərc edilib: 21-03-2025

https://www.nuh.az/41024-.html

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərdən biri də SAXLANILDI - DTX-dən ƏMƏLİYYAT

21.03.2025 16:18:22

LIVE

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.

 Moderator.az xəbər verir ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
 
Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.
 
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
 
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.
 
Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib