Dərc edilib: 21-03-2025

https://www.nuh.az/41023-.html

Novruz bayramı münasibətilə 897 məhbus Ə F V edilib

21.03.2025 15:49:25

LIVE

Novruz bayramı münasibətilə Tacikistan prezidenti Emoməli Rəhmon 897 məhkumu əfv edərək, onları cəzalarını daha da çəkməkdən azad edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, qərar Tacikistan konstitusiyasının 69-cu maddəsinə uyğun olaraq qəbul edilib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, azadlığa ailələrin, uşaqların və yeniyetmələrin maraqları nəzərə alınmaqla humanitar məqsədlə həyata keçirilir. Fərman müxtəlif ağırlıqda olan, o cümlədən kiçik, orta və ağır cinayətlərə görə məhkum olunmuş, cəzasını həbsxanada çəkən şəxslərə şamil edilir.

Hələlik əfv olunanların siyahısı və məhbusların hansı cinayətlərə görə azadlığa buraxılması ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Bu, dövlət başçısının ilk belə qərarı deyil. Emoməli Rəhmon sonuncu dəfə 2020-ci ilin oktyabrında əfv aktından istifadə edib və o zaman 378 nəfər azad edilib.

2017-ci ildən bəri Tacikistanda hər bir məhbus ildə bir dəfə əfv üçün müraciət etmək hüququna malikdir. Belə müraciətlərə baxılması ilə Prezident yanında xüsusi komissiya məşğul olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib