Türk düşmənləri durduruldu
Fəaliyyəti dayanddırılmış Azadlıq Partiyasının sədri Əhməd Oruc Türkiyədə baş verən prosesləri dəyərləndirib.
Türkiyədə daxili terrora son qoyulması üçün böyük addımlar atılıb.
Türkiyənin, dünyadakı bütün dostlarının, düşmənlərinin diqqəti bu proseslərdədir. Türkiyə son dünyəvi proseslərdə dünyanın söz sahibi olan dövlətlərindən birinə çevrillib. Avropanın və ümumilikdə dünyanın təhlükəsizliyi məsələsndə Türkiyənin adı ABŞ, Rusiya, Çin kimi dövlətlərlə birgə çəkilir, onların istənilən birini dünya düzənində daha ədalətlə əvəzləyə biləcəyi haqda qəti fikir yaranıb. Bu yüksəlişdə indiki iqtidarın, Rəcəb Təyyub Ərdoğanın yeri əvəzsizdir. Türk düşmənləri bu yüksəlişi durdurmaq üçün hər yola hazırdır. Belə bir dönəmdə 16 milyonluq İstanbul merinin işini gücünü buraxıb, prezident seçkilərinə 3 il qalmış Türkiyənin etnik həssas nöqtələrində "prezident seçkilərində namizəd olmaq" adı altında miitinqlər keçirmək və həmin mitinqləri bu həssas dönəmdə hakimiyyət əleyhinə bir etiraz dalğasına çevirmək, Türkiyədə yeni daxili münaqişələr yaratmaq nə məqsəd daşıyır?
Türklüyün əleyhinə yönəlmiş, türk düşmənlərinə xidmət edən bu əllaməlik dayandırılmalı idi və hüquq çərçivəsində dayandrıldı.
TАNRI TÜRKÜ QORUSUN !