Dərc edilib: 20-03-2025

https://www.nuh.az/41010-.html

Bakıda ana, qızı və nəvəsi yanaraq öldü

20.03.2025 13:58:23

LIVE

Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

NUH.аz      Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.
Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.
Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.
Faktla bağlı araşdırmalar aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib