Dərc edilib: 20-03-2025

https://www.nuh.az/41009-.html

Mehdiyev 671 manat borca görə vətəndaşı məhkəməyə verdi

20.03.2025 13:29:43

LIVE

Mehdiyevin bankı 671 manat borca görə vətəndaşı məhkəməyə verdi

"Bank BTB" kredit borcuna görə vətəndaşı məhkəməyə verib.
Qaynarinfo.az xəbər verir ki, iddiaya Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsində baxılıb. 
Hakim Qabil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bankın kredit borcunun ödənilməsinə dair iddiası təmin edilib. Borcun məbləği 671 manat olub. 
"Bank BTB" Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin nəzarətində olan bank kimi tanınır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib