Dərc edilib: 14-03-2025

https://www.nuh.az/40948-.html

Tramp türkəsilli xanıma vəzifə verəcək

14.03.2025 12:31:07

LIVE

ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.

“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, irəli sürülən adlar arasında türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, Seval Öz Massaçusets Texnologiya İnstitutunda elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”da yüksək vəzifələrdə çalışıb.

Xatırladaq ki, Tramp daha əvvəl Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinin sədri vəzifəsinə namizədliyini irəli sürmüşdü.

NUH informasiya agentliyi səhifəsindən çap edilib