Dərc edilib: 11-03-2025

https://www.nuh.az/40927-.html

Yeyintiyə qarşı çıxdım, işimdən oldum - Tahir Əmiraslanov Fuad Nağıyevi İFŞA ETDİ VİDEO

11.03.2025 22:18:13

Maqazin

Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşımla gündəmə gəlib. O, paylaşımında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib. Bunun əsas səbəblərindən biri isə Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanova qarşı edilən hərəkətlər olub. Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub. Bundan sonra Tahir Əmiraslanov da öz növbəsində mediaya açıqlama verərək kulinarın dediklərini təsdiqləyib,  Dövlət Turizm Agentliyi ilə bağlə sərt açıqlamalar verib. Bu açıqlamalar isə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Hətta hər iki kulinar bu vaxta kimi etiraz etməmələrinə görə qınanılıblar.

Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, Əməkdar mədəniyyət işçisi  Tahir Əmiraslanov “TV Müsavat”ın qonağı olub, bir çox mətləblərə toxunub. Musavat.com həmin videomaterialı təqdim edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib