Dərc edilib: 11-03-2025

https://www.nuh.az/40911-.html

Vəzifədən azad edilən generalın yerinə təyinat oldu

11.03.2025 13:37:21

LIVE

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

NUH.az    Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə  Mülki müdafiə qoşunlarının "N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib