Dərc edilib: 09-03-2025

https://www.nuh.az/40891-.html

DSMF-nin vəzifəli şəxsi maşınla piyadanı vurub öldürdü

09.03.2025 01:49:56

LIVE

Qaxda 53 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 53 yaşlı Bakı şəhər sakini Həsənov Natiq Tofiq oğlunu vurub.

Ağır bədən xəsarətləri alan N.Həsənov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, piyadanın ölümünə səbəb olan “Xəzər” markalı avtomobili Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru, Zaqatala sakini Turan Əsədov idarə edib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib