Dərc edilib: 08-03-2025

https://www.nuh.az/40874-.html

Hansı ölkədə qadın deputatların sayı nə qədərdir? – 185 ölkənin siyahısı

08.03.2025 00:06:02

LIVE

Azərbaycanda qadın deputatların parlamentdəki xüsusi çəkisi 20,8%-ə yüksəlib.
Yeniavaz.com
 xəbər verir ki, 125 nəfərdən ibarət olan Milli Məclisdə 26 qadın deputat təmsil olunur.
Qeyd edək ki, 1990-cı ildə bütün deputatların 4,3%-ini, 2000-ci ildə isə 10,7%-ini qadınlar təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycan bu göstəriciyə görə dünyanın 185 ölkəsi arasında 120-ci sırada qərarlaşıb.
Dünyada qadın deputatların kişi deputatlardan çox olduğu cəmi 4 ölkə var: Ruandada deputatların 63,8%-i, Kubada 55,7%-i, Nikaraquada 55%-i,  Meksikada isə 50,2%-i qadınlar olub.
İki ölkədə – Andorra və Birləşmiş Ərəb Əmirliklərində kişi depuatatlarla qadın deputatların sayı bərabər olub.
Dünyanın 176 ölkəsində isə qadın deputatların sayı kişi deputatlardan az olub.
Üç ölkədə – Oman, Tuvalu və Yəməndə qadın deputat olmayıb. Bu ölkələrin parlamentlərində deputatların hamısı kişi olub.
Cədvəldə 185 ölkənin parlamentində deputatların ümumi sayı, qadın deputatların sayı və qadın deputatların sayının ümumi deputatların sayına olan nisbəti verilib:

 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib