Dərc edilib: 06-03-2025

https://www.nuh.az/40851-.html

Putin ABŞ-yə səfir təyin etdi: Görün KİMDİR - FOTO

06.03.2025 12:28:38

LIVE

Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə səfir təyin edib.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dəki səfiri vəzifəsinə təyin edən fərmana imza atıb.

A.Darçiyev yeni vəzifəsinə başlamazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri olub.

Vaşinqton onun təyinatına dair aqrameni fevralın 28-də təsdiqləyib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib