Dərc edilib: 04-03-2025

https://www.nuh.az/40822-.html

Deputat yoxsul insanları öz böyrəklərini satmağa çağırdı

04.03.2025 10:46:46

LIVE

İranın millət vəkili yoxsul insanları öz böyrəklərini satmağa çağırıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Belə ki, İran parlamentinin Səhiyyə və müalicə komissiyasının üzvü Hüseynəli Şəhriyari böyrək alqı-satqısını müdafiə edərək, bunu yoxsul insanların həyatını dəyişdirmək üçün bir yol hesab edib.

İnternet istifadəçiləri və səhiyyə sahəsini tənqid edənlər onun sözlərinə kəskin reaksiya veriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib