Dərc edilib: 03-03-2025

https://www.nuh.az/40806-.html

4 yaşlı uşağa antibiotik vuruldu - Öldü

03.03.2025 14:49:46

LIVE

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.


NUH.az    APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində antibiotik vurulub. İynədən şoka düşən uşaq bir neçə dəqiqə sonra tibb məntəqəsində vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib