Dərc edilib: 02-03-2025

https://www.nuh.az/40794-.html

Biləsuvarda internet MODEMİNİN alışması evi külə döndərdi

02.03.2025 22:03:12

LIVE

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib