Dərc edilib: 02-03-2025

https://www.nuh.az/40792-.html

Qazaxıstanda bir ailənin 7 üzvü, 5 uşаq qazdan zəhərlənərək ölüb

02.03.2025 20:11:43

LIVE

Qazaxıstanda fərdi yaşayış evində bir ailənin 7 üzvü, o cümlədən 5 uşaq qazdan zəhərlənərək ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Manqistau vilayətində baş verib.

Fövqəladə Hallar Departamentinin ilkin məlumatına görə, hadisə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib. Ölənlərin hamısının Özbəkistan vətəndaşları olduğu, onların Qazaxıstanda müvəqqəti yaşama icazəsinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib