Məktəb direktoru 600 manatlıq hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edib?
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.
Yeniavaz.com xəbər verir ki, səsyazısında bir qrup şəxsin mübahisə etdiyi müşahidə olunur.
Belə ki, Lamiyə İlhamsoy olduğu iddia edilən qadın ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur.
Məktəbin müəllimləri isə bu mövzunun müzakirəyə açılmasını yanlış hesab etdiklərini bildirirlər.
İddiaya görə direktora alınan və bəyənmədiyi hədiyyə 600 manatlıq zinət əşyası olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirilib.