SON DƏQİQƏ! Ukrayna Böyük Britaniya ilə ANLAŞDI - ŞOK MƏBLƏĞ
Ukrayna və Böyük Britaniya Kiyevin müdafiə ehtiyacları üçün yeni saziş imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, saziş 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) məbləğində krediti əhatə edir.
Hələlik sazişin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, hazırda Volodimir Zelenski Londondadır və onun Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşü davam edir.