Dərc edilib: 01-03-2025

https://www.nuh.az/40778-.html

Berlində minlərlə insan Putinə qarşı KÜÇƏLƏRƏ AXIŞDI

01.03.2025 20:28:38

LIVE

Almaniyanın paytaxtı Berlində “Rusiya Putinə qarşı” yürüşü başlayıb.

Musavat.com xəbər verir ki, ilkin hesablamalara görə, yürüşdə 3,5 mindən çox insan iştirak edir.

Məlumata görə, aksiya iştirakçıları Potsdam meydanında toplaşıb və Rusiya səfirliyinə doğru hərəkət edirlər.

Qeyd edək ki, orada Navalnının xatirə memorialı yerləşir. Aksiya planına əsasən, yürüş Brandenburq qapılarının yaxınlığındakı Paris meydanında başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib