Tramp Zelinski ilə jurnalistlərin gözü qarşısında dalaşır...ŞOU
Musavat.com xəbər verir ki, Ağ Evdə Donald Tramp ilə Volodimir Zelenski arasında dünya tarixinə düşəcək dialoq yaşanıb.
Həmin dialoq hazırda dünya mediasında dolaşır.
Tramp: Sizin ümumiyyətlə kostymunuz var?
Zelenski: Mənim kostyumum var, sadəcə bura geyinməmişəm. Sizin də səs tonunuz mənim xoşum gəlmir.
Tramp: Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz
Zelenski: Mən sizə hörmət edirəm, amma atəşkəsə razılıq verməyəcəm.
Tramp: “Mən bilirəm ki, siz qalib gələ bilməyəcəksiniz. Siz üstün mövqedə deyilsiniz. Əlinizdə “kart”larınız yoxdur.
Zelenski: Mən kart oynamıram.
Tramp: Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.
Zelenski: Bu sözləri mən Putindən eşitmişəm.
Bu dialoqdan sonra jurnalistlər zaldan çıxarılıb və görüş təkbətək formatda davam edib.