Dərc edilib: 28-02-2025

https://www.nuh.az/40747-.html

Ərdoğan Putini Türkiyəyə dəvət etdi

28.02.2025 12:13:21

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini Türkiyəyə dəvət edib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ərdoğanla görüşdən sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Ərdoğanla görüş çox maraqlı, çox mənalı keçdi. Mən onun Rusiya Prezidenti Vladimir Putinə şifahi mesajını çatdırdım. O, məndən Putinin Türkiyəyə səfərə gözlədiyini və bunu ona çatdırmağımı xahiş etdi. O, Rusiya liderini yaxın dost adlandırdı”, - Federasiya Şurasının sədri bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib