Dərc edilib: 27-02-2025

https://www.nuh.az/40738-.html

Öcalanın çağırışından sonra PYD-dən açıqlama

27.02.2025 22:20:02

LIVE

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın açıqlamalarından sonra PYD terror təşkilatının lideri Salih Müslüm açıqlama verib.
Yeniavaz.com
 “Sabah”a istinadən xəbər verir ki, PYD-nin lideri Salih Müslüm Öcalanın açıqlaması ilə razılaşdıqlarını bildirib.
“Abdullah Öcalanın açıqlamaları ilə razıyıq. Siyasi qrup olaraq fəaliyyət göstərməyə icazə verilsə, silahlarımızı yerə qoyacağıq”, - Müslim deyib.
Qeyd edək ki, daha öncə PKK-nın lideri Abdullah Öcalan müraciət edərək bütün qrupların silahı yerə qoymasını və PKK-nın özünü buraxmasını istəyib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib