Dərc edilib: 26-02-2025

https://www.nuh.az/40716-.html

Elmar Məmmədyarovdan səs-küylü müsahibə: -Onların cavabını Ramiz Ənvəroviç verib-

26.02.2025 20:51:27

Mədəniyyət

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Müsavat TV-yə müsahibə verib. Aparıcı Sevinc Telmanqızının suallarını cavablandıran Məmmədyarov, son günlər müzakirə olunan “Rus dili genişləndirilməlidir, yoxsa ləğv olunmalıdır?” məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Müsahibə zamanı ona ünvanlanan “Rusiya casusu” iddialarına da toxunan sabiq nazir, bu tip ittihamlara daha öncə Ramiz Ənvəroviçin (Mehdiyev) kifayət qədər sərt cavab verdiyini bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyev vaxtilə onu “Rusiya casusu” adlandıranlara qarşı kəskin ritorika ilə çıxış etmişdi. Elmar Məmmədyarov isə bu ittihamlara dolayısı ilə münasibət bildirərək, “Onların cavabını Ramiz Ənvəroviç verib” sözləri ilə mövzuya nöqtə qoymağa çalışıb.

Daha ətraflı Müsavat TV-nin yayımladığı müsahibədə.

NUH informasiya agentliyi səhifəsindən çap edilib