Dərc edilib: 25-02-2025

https://www.nuh.az/40695-.html

Qorbaçovun erməni köməkçisi öldü

25.02.2025 18:09:43

LIVE

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi və müşaviri Karen Qaragözyan bu gecə Moskvada vəfat edib. 
 AzPostMK-ya istinadla xəbər verir ki,  89 yaşlı Qaragözyan gecə saat 3 radələrində Spiridonovka küçəsindəki mənzilində ölüb.
Qeyd edək ki, Karen Qaragözyan  “Za Rubezhom” nəşrinin redaksiya heyətinin üzvü olub. 1991-ci ildən SSRİ Prezidentinin mətbuat xidmətində işləməyə başlayıb. Daha sonra Beynəlxalq Əlaqələr Xidmətinin rəis müavini olub. O, Almaniyaya bir neçə səfərdə Mixail Qorbaçovu müşayiət edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib