Dərc edilib: 24-02-2025

https://www.nuh.az/40663-.html

Lavrov Türkiyədə

24.02.2025 00:32:46

LIVE

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.

 

NUH.az xəbər verir ki, Rusiya diplomatik missiyasının rəhbərini daşıyan təyyarə Ankara hava limanına enib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyədə bır sıra danışıqlar planlaşdırdığını demişdi.

 

Onun sözlərinə görə, səfər zamanı beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş mövzular müzakirə olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib