Dərc edilib: 23-02-2025

https://www.nuh.az/40635-.html

Müdafiə naziri dünyanın ən hündür göydələnindən paraşütlə atıldı - ANBAAN VİDEO

23.02.2025 02:02:19

LIVE

Birləşmiş Ərəb Əmirliklərinin ( BƏƏ ) baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum dünyanın ən hündür göydələnindən paraşütlə tullanıb.

Publika.az xəbər verir ki, nazir həmin anın videogörüntülərini "Instagram" səhifəsində yayımlayıb.

Videoda vəliəhdin 15 ölkədən 31 digər idmançı ilə birlikdə Burj Xəlifə göydələninin 139-cu mərtəbəsindən tullanması əks olunub.

Video artıq 5 milyona yaxın baxış toplayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib