Dərc edilib: 20-02-2025

https://www.nuh.az/40580-.html

Millət vəkili Azər Kərim oğlu Allahverənovun doğum günüdür

20.02.2025 13:47:00

Cəmiyyət

Bu  gün   Milli  Məclisin   üzvü   Azər Kərim oğlu Allahverənovun  doğum günüdür. 

 

Azər  Allahverənov   20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

1989-cu ildə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə  Kаzаn Dövlət  Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. 

Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir. 2007–2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar Mərkəzinin baş elmi işçisi olmuşdur.

Azər Allahverənov 1988-ci ildən ictimai fəaliyyətlə məşğuldur və bu dövrdə müxtəlif təşkilatlarda rəhbər vəzifələrdə çalışmışdır. BMT, MDB, ABŞ, Almaniya, Danimarka və başqa beynəlxalq təşkilat və ölkələrin təşkil etdiyi forum və proqramlarda işçi qrup üzvü, ekspert, məsləhətçi və tədqiqatçı qismində iştirak etmişdir. 2015-ci ildən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. 2020-ci ildə təsis olunmuş "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin təsisçisi və sədridir. 2022-ildən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin Miqrasiya üzrə milli ekspert vəzifəsini icra edir.[1]

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təsdiq edilmişdir.

 

Azər Allahverənov 2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib