Dərc edilib: 19-02-2025

https://www.nuh.az/40564-.html

Ötən il ölkədə RÜÇVƏTLƏ bağlı CƏMİ 30 cinayət qeydə alınıb ))– Rəsmi

19.02.2025 01:41:40

Cəmiyyət

Ötən ilin Azərbaycanda 33 min 379 cinayət qeydə alınıb.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, cinayətlərin sayı əvvəlki illə müqayisədə 9,3% azalıb.
Məlumat üçün bildirək ki, son bir ildə ən çox azalma rüşvətlə bağlı cinayətlərin sayında qeydə alınıb. Ötən il ölkədə rüşvətlə bağlı 30 cinayət qeydə alınıb və əvvəlki illə müayisədə 3,1 dəfə az olub. Ən çox artım isə əzab vermə cinayətlərində qeydə alınıb. 2024-cü ildə əzab vermə ilə bağlı 38 cinayət olub və bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olub.
Bunlardan başqa ötən il quldurluq 8,5% artaraq 77-yə, dələduzluq 24% artaraq 6 972-yə çatıb. Qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cinayətlər isə 3,2% artaraq 3 539-a yüksəlib. Digər cinayətlərdə isə azalma qeydə alınıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib