İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
“Qafqazinfo” xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlət başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.
Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.




