Dərc edilib: 18-02-2025

https://www.nuh.az/40552-.html

Xaricdən gətirilən palma yağının miqdarı 42%, qiyməti isə 10% artıb

18.02.2025 00:46:23

LIVE

2024-cü il ərzində Azərbaycana İndoneziya və Malayziyadan 64 min 560 ton xam palma yağı idxal edilib.
Yeniavaz.com 
xəbər verir ki, idxal olunan palma yağının 40 min 664 tonu İndoneziyadan, 23 min 896 tonu isə Malayziyadan gətirilib.
Qeyd edək ki, İndoneziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri 1,28 dollar (2,2 manat), Malayziyadan gətirilən palma yağının 1 kiloqramının orta gömrük dəyəri isə 1,25 dollar (2,1 manat) olub.
Müqayisə üçün bildirək ki, əvvəlki illə müqayisədə ötən il palma yağının idxalı 42% və ya 19 min ton, orta gömrük dəyəri isə 10%-dən çox artıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib