Dərc edilib: 17-02-2025

https://www.nuh.az/40551-.html

Zelenski Türkiyədə səfərdədir VİDEO

17.02.2025 23:59:28

LIVE

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib.

Musavat.com bildirir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında Zelenskinin səfəri barədə məlumat verib.

Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Volodimir Zelenski fevralın 18-də Ankarada Prezident Sarayında dövlət başçısı ilə görüş keçirəcək.

Görüş zamanı Türkiyə və Ukrayna arasındakı strateji tərəfdaşlıq əlaqələri müzakirə ediləcək, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Səfər çərçivəsində həmçinin Ukraynadakı son vəziyyət, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılacaq. 

Mənbə: https://www.milliyet.com.tr/gundem/son-dakika-zelenskiy-yarin-ankaraya-geliyor-7309869

NUH informasiya agentliyi səhifəsindən çap edilib