Dərc edilib: 17-02-2025

https://www.nuh.az/40548-.html

Azərbaycandan bu ölkələrə 105 min manatlıq HEYKƏLLƏR satılıb

17.02.2025 19:14:53

LIVE

Ötən il Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 61,5 min dollar (104,5 min manat) olan 12 ədəd heykəl satılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə aparılan heykəllərin bir ədədinin orta gömrük dəyəri 5 min 124 dollar (8 min 711 manat) olub.
Qeyd edək ki, Azərbaycandan ən çox Rusiya və Türkiyəyə heykəl aparılıb. Rusiyaya ümumi dəyəri 41,1 min dollar olan 5 heykəl, Türkiyəyə isə ümumi dəyəri 19,4 min dollar olan 5 heykəl göndərilib.
 
Bunlardan başqa 1 heykəl Gürcüstana (590 dollar), 1 heykəl isə İsveçrəyə (440 dollar) satılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib