Dərc edilib: 16-02-2025

https://www.nuh.az/40530-.html

Goranboyda qayınata gəlinə qumbara ATDI

16.02.2025 17:53:47

LIVE

Goranboyda qumbara partlayıb.


NUH.az    APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib