HAQQ ƏDALƏT PARTİYASININ İCLASI- Əli İnsаnov - ZААRT ))
HAQQ ƏDALƏT PARTİYASI İDARƏ HEYƏTİNİN İCLASI
HƏP-in Mərkəzi qərargahı.
15 fevral 2025 - ci il.
Saat 15 : 00.
Əlaqə telefonları : 055 794 24 94
055 225 25 26
G Ü N D Ə L İ K :
1) HƏP-in 2025-ci il fəaliyyət proqramına uyğun partiyanın region təşkilatlarında keçiriləcək tədbirləri barədə.
Məruzəçi : HƏP Sədrinin Təşkilatı məsələlər üzrə müavini Fərrux Binnətzadə.
2) HƏP Xaçmaz Rayon Təşkilatının yeni sədrinin təsdiqi.
Məruzəçi : HƏP Sədrinin sosial şəbəkələrdə təşkilatı məsələlər üzrə müşaviri Samir Nəsirov.
3) HƏP İdarə Heyətinin genişləndirilmiş tərkibdə Xocalı Soyqırımı Abidəsinin ziyarəti barədə.
Məruzəçilər : HƏP Sədrinin köməkçisi, İdarə Heyətinin üzvü Rəşad Abbaslı, İdarə Heyətinin üzvü Bəhram Mehdiyev.
Gündəlikdəki birinci məsələ ilə bağlı məlumat verildi ki, partiyanın 2025 - ci il üzrə fəaliyyət proqramına əsasən 2024 - cü ildə başa çatmamış səfərlər regionlarda davam etdiriləcək.
İdarə Heyətini təmsil edən nümayəndələr qrupu bir neçə Regional Mərkəzdə həmin regiona daxil olan HƏP Rayon sədrlərinin iştirakı ilə səyyar iclaslar keçirəcək, təbliğat işlərinin, sosial şəbəkələrdə Rayon Təşkilatları Məclis üzvlərinin aktiv fəaliyyətini təşkil etmək, partiya sıralarının genişləndirilməsi və ideoloji işlərin gücləndirilməsi məqsədi ilə seminar - iclaslar keçiriləcək.
HƏP Rayon Təşkilatları Məclis üzvlərinin iştirakı ilə partiyanın mərkəzi qərargahında eyni məqsədlə iclasların keçirilməsi nəzərdə tutulur.
2025 - ci ildən başlayaraq partiyada müxtəlif vəzifələr daşıyan qadın üzvlərinin də ezam olunan nümayəndə heyətləri tərkibinə daxil edilmələri təklif olundu.
İrəli sürülmüş bütün təkliflər səsvermə yolu ilə yekdilliklə qəbul edildilər.
Gündəlikdəki ikinci məsələ ilə bağlı HƏP Xaçmaz Rayon Təşkilatının dünyasını dəyişmiş sədri əvəzi 2022-ci ildən partiyanın Xaçmaz rayonunda aktiv üzvlərindən biri olan Ali təhsil almış, fəaliyyəti və təşkilatçılıq qabiliyyəti ilə partiyadaşları arasında yüksək nüfuz qazanmış, geniş siyasi biliklərə malik Altay Abiyevin namizədliyi irəli sürüldü.
Müzakirələrdən və sual - cavablardan sonra Altay Abiyev səsvermə yolu ilə yekdilliklə HƏP Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsinə təsdiq edildi.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı HƏP İdarə Heyətinin üzvü Rəşad Abbaslı Xocalı Soyqırımı ilə bağlı tarixi ekskurs edərək hadisələrə əsaslandırılmış siyasi qiymət verdi.
HƏP tədbirlərinin keçirilməsində məsul qrupun rəhbəri, İdarə Heyətinin üzvü Bəhram Mehdiyev keçiriləcək tədbirin detallarını açıqladı.
Səsvermə yolu ilə qəbul edildi ki, HƏP İdarə Heyəti 26 nəfərdən ibarət genişləndirilmiş tərkibdə Xocalı Soyqırımı Abidəsini 2025 - ci il fevralın 25-də saat 12:00-da ziyarət etsin.
HƏP-in Mətbuat Xidməti.
15 fevral 2025 - ci il.