Dərc edilib: 15-02-2025

https://www.nuh.az/40518-.html

Martda 18 GÜN iş olmayacaq

15.02.2025 15:39:40

LIVE

Baş nazir   Əli Əsədovun Qərarına əsasən, 2025-ci il    27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, ölkəmizdə martın 20-dən aprelin 1-dək, yəni ardıcıl 12 gün qeyri-iş günüdür.


NUH.az--ın   məlumatına görə, 1, 2, 8, 9, 15 və 16 mart tarixlərinin də şənbə-bazara təsadüf etməsi ilə mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil etmiş olacaq.

 
Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramına təsadüf edəcək.

Ölkədə bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib