Dərc edilib: 13-02-2025

https://www.nuh.az/40494-.html

Yüksək vəzifəyə təyin edilən Rüfət Mahmud kimdir?

13.02.2025 16:40:17

Maraqlı

Xəbər verdiyimiz kimi, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “Socar Rus” MMC-nin rəhbəri olub.

O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib