Dərc edilib: 10-02-2025

https://www.nuh.az/40464-.html

PEYK zavodunun 2 milyona yaxın vergi borcu var

10.02.2025 20:47:06

LIVE

"PEYK ZAVODU" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergiyə külli miqdarda borcu yaranıb.

Musavat.com xəbər verir ki, bu borc 1.9 milyon manatı ötüb.

Çoxlaylı çap lövhələri istehsal edən zavod 1993-cü ildə tikilib. 1993-2005-ci illər ərzində zavod Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib