Dərc edilib: 08-02-2025

https://www.nuh.az/40425-.html

Azərbaycanın 12 şəhəri, 18 qəsəbəsi, 895 kəndi işğal olunub - MƏBLƏĞ

08.02.2025 12:33:01

Dünya

Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

“Qafqazinfo”nun bunu Azərbaycana qarşı hərbi cinayətlər törədmiş Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən elan edib.

Ən çox maddi ziyan isə Ağdamın işğal edilməsiylə vurulub. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib