Dərc edilib: 08-02-2025

https://www.nuh.az/40422-.html

Azərbaycanda 3 uşağı olan ailələrə ŞAD XƏBƏR - Pul veriləcək

08.02.2025 00:43:23

LIVE

5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.

 

Xəzər TV-yə istinadən məlumat verir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib.  Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək. Millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Ətraflı süjetdə:

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib