Dərc edilib: 07-02-2025

https://www.nuh.az/40421-.html

İstanbul əhalisinə görə 131 ölkəni geridə qoydu

07.02.2025 23:59:45

LIVE

İstanbulun əhalisi 2024-cü ildə 15,7 milyonu keçdi 


Musavat.com xəbər verir ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulun əhalisi 2024-cü ildə 45 min 678 nəfər artaraq 15 milyon 701 min 602 nəfərə çatıb. Bu rəqəmlə İstanbul, dünyanın 131 ölkəsinin əhalisindən daha çox insana ev sahibliyi edir.

Ölkə əhalisinin 18,3 faizinin yaşadığı şəhərdə 7,82 milyon kişi, 7,88 milyon qadın yaşayır. Türkiyənin ən sıx məskunlaşmış şəhəri olan İstanbul, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda diqqət çəkən demoqrafik göstəricilərə sahibdir. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib