Dərc edilib: 07-02-2025

https://www.nuh.az/40413-.html

TƏZƏ NAZİR Anar Əliyev kimdir?

07.02.2025 16:43:08

LIVE

Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, 45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.

Evlidir, 2 övladı var.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib