Dərc edilib: 07-02-2025

https://www.nuh.az/40412-.html

Prezident ONU NAZİR təyin etdi

07.02.2025 16:30:49

LIVE

Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Prezidentin digər Sərəncamına əsasən, Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Qeyd edək ki, ötən gün dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edərək, maliyyə naziri təyin edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib