Dərc edilib: 05-02-2025

https://www.nuh.az/40374-.html

Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto

05.02.2025 12:39:28

LIVE

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin dəfn mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məmmədov Tərlan Fikrət oğlu fevralın 7-si Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu, Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu, Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib