Dərc edilib: 04-02-2025

https://www.nuh.az/40360-.html

Səməd Vurğun Hüseyn Cavidə...ŞАRLАTАN, YАLАYАN, MURDАR..dedi

04.02.2025 22:14:45

Günün sitatı

Səməd Vurğundan Hüseyn Cavidə

 

Sən ey böyük günlərin adına böhtan atan


Vətəninə, xalqına xain çıxan şarlatan!


“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?


Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?

 

Adına millətçilər dedi “Böyük sənətkar”


Gəlin düz araşdıraq, sənin sənətinmi var?


Sən gecələr “Hamidi” vurub çilməyə getdin


Hərədən bir tük çəkib kosaya saqqal etdin.

 

“Azərbaycan şairi” olsa da murdar adın,


Soltanların, şahların sinisini yaladın.


Utanmadan Vaqifin, Füzulinin yüzündən


Utanmadın Sabirin “Ay satıram” sözündən


O murdar arzuların torpaqlara gömüldü.


Sənin yaratdıqların özündən əvvəl öldü.


NUH informasiya agentliyi səhifəsindən çap edilib