Dərc edilib: 04-02-2025

https://www.nuh.az/40353-.html

Sizdən bir Prezident kimi yox, bir ağsaqqal kimi xahiş edirəm, hətta yalvarıram..

04.02.2025 12:20:30

Mədəniyyət

“Uşaqlarımızı asılılıq yaradan vərdişlərdən, xüsusilə tütün, siqaret, alkoqol və narkotikdən qorumalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Esenyurt Təhsil Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

Ölkə başçısı gənclərə narkotik və siqaretdən istifadə ilə bağlı xəbərdarlıq edib:

“Sizdən bir Prezident, ata kimi yox, bir ağsaqqal kimi xahiş edirəm, hətta yalvarıram tütün, siqaret, alkoqol və narkotikə pul verməyin. Gənclərimizin həyatını qaraldan zəhər tacirlərinə heç bir möhlət verməyəcəyik, yaxalarından tutacağıq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib