Dərc edilib: 03-02-2025

https://www.nuh.az/40344-.html

Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı: 20-45 yaş arasında olan şəxslər

03.02.2025 22:55:05

LIVE

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

 Sumqayıt şəhər Narkoloji Dispanserdən Report-un yerli bürosuna bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.

 

Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.

 

Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.

 

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib