Dərc edilib: 03-02-2025

https://www.nuh.az/40325-.html

Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu

03.02.2025 01:37:43

LIVE

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" turnirinə yekun vurulub.

"Unikal" xəbər evrir ki, yarışın “Challengers” turnirində çıxış edən Aydın Süleymanlı 13-cü turda Rumınıya təmsilçisi İrina Bulmaqanı məğlub edib. 13 turdan sonra 9,5 xal toplayan A.Süleymanlı yekun nəticədə Tay Day Van Nquenlə (Çexiya) birlikdə 1-2-ci yerləri bölüşüb. Eyni xala malik olmasına baxmayaraq,19 yaşlı azərbaycanlı şahmatçı əlavə göstəricilərə görə ikinci yeri tutub.

Qeyd edək ki, Aydın Süleymanlı turnir ərzində 7 qələbə qazanıb, 5 partiyada heç-heçəyə razılaşıb və cəmi bir oyunda məğlub olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib