Dərc edilib: 02-02-2025

https://www.nuh.az/40320-.html

Sabah Suraxanıda işıq olmayacaq

02.02.2025 23:39:29

LIVE

Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaqə

Bu barədə “Qafqazinfo”ya “Azərişıq” ASC-dən məlumat verilib.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Zığ qəsəbəsini qidalandıran 1 və 2-ci hava xətlərinin bir hissəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar fevralın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq

NUH informasiya agentliyi səhifəsindən çap edilib